Vüqar Gülməmmədov deputatlar qarşısında hesabat verib

İqtisadiyyat

19.04.2024 - 13:48

Milli Məclisdə Hesablama Palatasının hesabatı tənqid edilsə də, qəbul olunub

Bu gün Milli Məclisdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb. AYNA xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.

Daha sonra isə deputatlar hesabatla bağlı çıxışlar ediblər, təkliflər səsləndiriblər.

Deputat Qüdrət Həsənquliyev deyib ki, ölkədə maliyyə intizamı ilə bağlı vəziyyət acınacaqlıdır: “Amma sonda biz Hesablama Palatasının hesabatını məqbul edəcəyik. Bununla da məsələ bitəcək. Dövlət və özəl şirkətlərdə audit yoxlamaları aparılmalıdır. Koorupsiya mexanizmləri ciddi şəkildə aşkara çıxarılmalıdır. Eyni zamanda, büdcəyə nəzarət üzrə mexanizmlər yaradılmalıdır”.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Müəllif: Ayna.az