Vilayət Eyvazov Xaçmazda vətəndaşlarla görüşəcək

Xəbərlər

29.11.2022 - 16:19

cedabet dərman SEO Xidməti

Daxili işlər nazirinin qəbulu keçiriləcək

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il dekabrın 17-də Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı dekabrın 16-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş