Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib

Xəbərlər

30.12.2022 - 22:46

cedabet dərman SEO Xidməti

Jurnalist Etibar Məmmədova yeni vəzifə verilib

Azərbaycan Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib. AYNA-nın xəbərinə görə, bu vəzifə tanınmış jurnalist Etibar Məmmədova həvalə olunub.

O, bundan sonra fəaliyyətini Vəkillər Kollegiyasının mətbuat katibi vəzifəsində davam etdirəcək.

Qeyd edək ki, E.Məmmədov uzun müddət media sahəsində çalışıb. Onun son iş yeri "e-huquq.az" saytı olub. Jurnalist həmin saytın baş redaktoru vəzifəsində işləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş