Vaşinqtonla Kiyev arasındakı danışıqlar nəticə verib

Dünya

16.04.2025 - 12:29

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Ukraynaya edilən yardımı geri qaytarılması barədə tələblərini yumşaldır

Kiyevlə danışıqlardan sonra ABŞ Ukraynaya göndərilən yardımın geri qaytarılması ilə bağlı tələblərini 300 milyard dollardan 100 milyard dollara endirib. AYNA.AZ xəbər verir ki, bu barədə mənbələrinə istinadən “Bloomberg” məlumat yayıb.

“Keçən həftə Vaşinqtonda keçirilən danışıqlardan sonra Prezident Donald Tramp administrasiyası Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri ABŞ-ın Kiyevə ayırdığı yardımla bağlı tələbini 300 milyard dollardan 100 milyard dollara endirib”, - nəşr qeyd edib.

Agentlik bildirib ki, belə bir məbləğ Ukraynanın özünün ABŞ-ın 90 milyard dollardan çox yardım xərcləri ilə bağlı hesablamalarına yaxındır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş