Natalya Balasinoviç: “Onların qəhrəmanlığı ilə Vasilkova müdafiə olundu”
Rusiya hərbçilərinin Kiyev vilayətinin Vasilkova şəhərinə bütün gecə boyunca davam edən hücumu Ukrayna Silahlı Qüvvələrinin qələbəsi ilə başa çatıb. AYNA “Unian.net”ə istinadən bildirir ki, bu barədə şəhərin meri Natalya Balasinoviç deyib.
"Döyüşlər başa çatıb. Deyə bilərik ki, Vasilkovoda artıq sakitlik hökm sürür və dəhşətli gecəmiz sona çatıb", - şəhər rəhbəri bildirib.
Onun sözlərinə görə, dünəndən şəhərədə hərbi hissələr və aerodrom atəşə tutulub, qoşunlar yeridilib: “Paytaxtdan göndərilən hərbi maşınlar vaxtında gəldi, yaralananlar və ölənlər oldu, onların qəhrəmanlığı ilə Vasilkova müdafiə olundu”.
Xatırladaq ki, Kiyev vilayətinin Vasilkova şəhərində bütün gecə qızğın döyüşlər davam edib.