Senk: “Avropa ictimaiyyətinə Almaniyadan aydın siqnallar lazımdır “
Varşavada Rusiya və Ukrayna arasında gərginlik şəraitində Berlinə arxalana biləcəklərinə şübhə var. AYNA TASS-a istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər nazirinin müavini Şimon Şinkovski vel Senk deyib.
“Polşa və digər Şərqi Avropa ölkələrində çoxları Almaniyanın Ukrayna məsələsində hansı mövqe tutacağı ilə maraqlanır”, - diplomat bildirib.
Senk bildirib ki, Avropa ictimaiyyətinə Almaniyadan aydın siqnallar lazımdır.
Şinkovski vel Senk Almaniya hakimiyyətini “Şimal axını 2” qaz-boru kəmərinin istismarından imtina etməyə və Almaniyada istehsal olunan silahların Estoniyadan Ukraynaya tədarükünə icazə verməyə çağırıb: “Biz Almaniya hökumətindən faktları ört-basdır etmədən güclü sözlər və sərt hərəkətlər gözləyirik”.
Bundan əvvəl məlum olmuşdu ki, Almaniya hakimiyyəti Ukraynada müharibə başlasa belə, “Şimal axını 2”dən imtina etməyəcək. Eyni zamanda, Berlində ABŞ-ı əmin ediblər ki, vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiya qazı kəmərdən keçməyəcək.