Valyuta hərracı keçirildi

İqtisadiyyat

11.01.2024 - 14:06

Bankların dollar tələbi 80 milyonu ötüb

11 yanvar 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankdan AYNA-ya bildirilib ki, hərracda tələb 80,4 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 7.4% çoxdur. Belə ki, 9 yanvarda keçirilən valyuta hərracında banklar 74.9 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Müəllif: Ayna.az