Vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət

18.02.2023 - 18:42

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada 231 nəfər vaksinasiya olunub. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 75, ikinci doza vaksinlərin sayı 52 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 81-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 23 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 946 864 olub.

Müəllif: Ayna.az