"Instagram" istifadəçilərə yeni tələb qoydu

Cəmiyyət

05.12.2019 - 03:43

Talnız 13 yaşdan yuxarı istifadəçilər hesab aça biləcəklər

 

"Instagram" yeni qaydalara başlayıb.

 

AYNA xəbər verir ki, bundan sonra sosial şəbəkədə qeydiyyatdan keçən hər kəsdən yaşı soruşulacaq. Qaydalara əsasən, yalnız 13 yaşdan yuxarı istifadəçilər hesab aça biləcəklər.

 

Bu məlumatlar sosial şəbəkədən istifadə edənin təhlükəsizliyini qorumaq və tətbiqetmənin işini onun yaşına uyğun təmin etmək məqsədilə qeydə alınacaq.

Müəllif: Ayna.az