Sərnişinlərin nəzərinə!

Cəmiyyət

26.10.2019 - 13:27

Yerüstü piyada keçidinin dayaqlarının quraşdırılması ilə əlaqədar qatarlar işləməyəcək 

 

Bakı-Bakıxanov marşrutu üzrə hərəkət edən elektrik qatarları bir günlük işləməyəcək.

 

AYNA xəbər verir ki, Böyük Şor-Bakıxanov mənzilində yerüstü piyada keçidinin dayaqlarının quraşdırılması ilə əlaqədar oktyabrın 27-də Bakı-Bakıxanov marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkəti bir günlük dayandırılacaq.

 

Elektrik qatarı oktyabrın 28-dən ənənəvi qrafik üzrə sərnişinlərin istifadəsində olacaq.

 

Müəllif: Ayna.az