Sarı zolağa diqqət: Cərimələnə bilərsiniz

Cəmiyyət

20.07.2019 - 16:35

Bakıda 20 iyuldan 28 iyuladək Avropa Olimpiya Gənclər Festivalı keçirilir. Buna görə də paytaxtın Ziya Bünyadov, Qara Qarayev, Neftçilər, Atatürk, H.Ələsgərova, Azadlıq, Z.Əliyeva, Tiblisi, Moskva, Üzeyir Hacıbəyov, İsmaylov küçələrində zolaqlardan biri sarı rəngə boyadılıb. Bu gündən etibarən yarışların keçirilməsi ilə əlaqədar olaraq həmin sarı zolaqlardan istifadə qadağan edilir. Sürücülər zolağa daxil olarsa müşahidə kameraları bunu qeydə alır və nəticədə 40 manat cərimə olunurlar.

 

Bu gün səhər saatlarından həmin qanun qüvvəyə minsə də bir çox sürücülər qanunu pozurlar. Çoxu sarı xəttin boş olduğunu görsə də həmin zolağa daxil olurlar. AYNA-nın əməkdaşı sarı zolağa daxil olaraq qayda pozan bir neçə sürücü ilə həmsöhbət olub. Məlum olub ki, bir çox sürücülər qanunun qüvvəyə minməsindən xəbərsizdilər.

 

Aydın İsayev AYNA-ya açıqlamasında deyib ki, mən tasi sürücüsüyəm: “Günüm avtomobildə keçir. Radioda qanunla bağlı eşitmişdim. Amma qüvvəyə nə vaxt minəcəyini bilmirdim. Ona görə də sarı zolaqdan istifadə etdim”.

 

Sahib Xəlilovun isə qüvvədə olan bu qanundan heç xəbəri olmayıb: “Mən xaricdən yeni gəlmişəm. İş adamıyam. Mətbuatı izləməyə vaxtım olmur. Ona görə yenin qanunda xəbərim olmayıb”.

Müəllif: Ayna.az