Medianın “qoruyucu mələyindən” hələ də xəbər yoxdur

Cəmiyyət

06.12.2019 - 21:45

Mətbuat Şurası söz azadlığını müdafiə edə bilmir, Media Ombudsmanı təsisatı formalaşdırılmalıdır

 

Azərbaycanda Media Ombudsmanına ehtiyac var. Bu istək illərdir, ən çox səslənən tələblərdən biridir. Yeni ombudsmanın təyinatı isə bu məsələni yenidən gündəmə gətirib.

 

Media Ombudsmanı təsisatının yaradılması üçün illər əvvəl sərəncam verilib, amma kağız üzərində qalıb. Bəs bu qurum nə vaxt formalaşdırılacaq? Və bu qurumla Mətbuat Şurasının fəaliyyət bölgüsü nədən ibarət olmalıdır?

 

Müstəqil araşdırmaçı-jurnalist Seymur Kazımov AYNA-ya deyib ki, Media Ombudsmanı (MO) ilə hazırda mövcud olan Mətbuat Şurası (MŞ) fərqli qurumlardır: “Bizdə də media ombudsmanı olmalıdır, amma bizdə bu işi umumi ombudsmana tapşırıblar. Bəzən MŞ ilə MO-nun fəaliyyətini eyniləşdirirlər, amma MŞ media, cəmiyyət və hökumət arasında tənzimləyici rol oynayır”.

Raminə Eyvazqızı


Ramanada faciə

Dünən, 17:26 Hadisə