Təhlükəli şprislər barədə yayılan xəbərlərə rəsmi reaksiya

Cəmiyyət

05.11.2019 - 14:48

Həkimlər Klinikalar SEO Xidməti

SN: Analitik Ekspertiza Mərkəzinə heç bir vətəndaşdan bununla bağlı şikayət daxil olmayıb

 

Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə məlumatlar yer alıb. Qeyd etmək istəyirik ki, Analitik Ekspertiza Mərkəzinə (AEM) heç bir vətəndaşdan standartlara uyğun olmayan şiprislərlə bağlı şikayət daxil olmayıb.

 

Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən məlumat verilib. Nazirlik tövsiyə edir ki, vətəndaşların hər hansı şikayəti yarandığı təqdirdə, qurumun “qaynar xətt” nömrələrinə (012 596 07 12, 012 594 57 27, 012 594 57 37) zəng edərək, e-mail ünvanına ([email protected]) yazaraq və ya AEM-in “Bir Pəncərə” xidmətinə yaxınlaşaraq şikayətini bildirsinlər: “Hər bir şikayət dərhal araşdırılacaq”.

Müəllif: Ayna.az