Parlamentdə kreditlərlə bağlı məsələ qaldırılıb

Cəmiyyət

30.09.2019 - 13:40

Əli Məsimli: “Bununla bağlı ya ayrıca qanun layihəsi hazırlansın, ya da Mülki Məcəlləyə ayrıca bənd əlavə olunsun”

 

“Milli Məclis “İstehlak kreditləri haqqında” qanun layihəsi hazırlamalıdır. Bu qanun layihəsini banklar hazırlasa, onlar öz maraqlarından çıxış edəcək”.

 

AYNA xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli belə təkliflə çıxış edib. “Bununla bağlı ya ayrıca qanun layihəsi hazırlansın, ya da Mülki Məcəlləyə ayrıca bənd əlavə olunsun. Banklar real sektora daha yaxın olmalıdır. Prezident İlham Əliyevin sosial paketi 4 milyon nəfəri əhatə edib. Düşünürəm ki, bu siyasət davam etdirilməlidir”, - o bildirib.

 

Deputat “Təhsil kreditləri haqqında” qanun layihəsinin qəbulunun labüdlüyündən də danışıb: “Bu qanunun qəbulu minlərlə insanın ailə büdcəsinə təsir göstərəcək. Həmçinin təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir edəcək”.

 

Spiker Oqtay Əsədov bu təklifə münasibət bildirib: “Bildiyimə görə, belə bir qanun layihəsi Milli Məclisə daxil olmayıb. Hər dəfə məsələni qaldırırsınız. Amma qanun layihəsi bizə gəlib çıxmayıb. Göndərin, gəlsin”.

Müəllif: Ayna.az