Əmək pensiyalarının artırılması Milli Məclisdə son oxunuşda təsdiq edilib
Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirə olunub. AYNA xəbər verir ki, dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.
Layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda həmin məbləğə çatdırılmaqla ödənilir”.
Layihə üçüncü – sonuncu oxunuşda qəbul edilib.