Azərbaycanda ölüm hallarının sayı azalıb

Cəmiyyət

17.08.2019 - 00:51

66687 doğulmuş körpə qeydə alınıb

 

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 28745 ölüm halı qeydə alınıb. AYNA xəbər verir ki, Trend-in məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,0-dan 5,9-a düşüb.

 

Hesabat dövründə Azərbaycanda 66687 doğulmuş körpə qeydə alınıb.

 

Ümumilikdə ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 38118 nəfər və ya 0,4 faiz artaraq 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatıb.

Müəllif: Ayna.az