Vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət

15.07.2022 - 19:49

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada 1 935 nəfər vaksinasiya olunub. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 395, ikinci doza vaksinlərin sayı 142-dir.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1220-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 178 olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 787 674 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş