İnsan hüquqları sahəsində gözləntilər: <font color=red> Ümid, məyusluq və tərəddüd</font>

Cəmiyyət

02.12.2019 - 16:06

Ombudsman yeniləndi, bəs onun məsul olduğu sferada hansı yeniliklər gözlənilir?

 

Nəhayət, İnsan hüquqları üzrə müvəkkilimiz (Ombudsman) yeniləndi – 82 yaşlı Elmira Süleymanovanı, 39 yaşlı Səbinə Əliyeva əvəzlədi. Bəs cəmiyyətin, hüquqşünasların, hüquq müdafiəçilərinin bu dəyişiklikdən gözləntiləri nədir? Suala AYNA tutmağa çalışdıq.

 

Hüquqşünas Nicat Gözəlov dəyişikliyə nikbin yanaşır: “Yeni ombudsman həkim, diplomat və ziyalı ailəsindəndir. Hüquqşünas olması daha yaxşı haldır, baxmayaraq ki, hüquq müdafiəçisi, ombudsman olmaq üçün başqa ixtisas sahibi də ola bilərsən. Bu məqam vəzifə üçün əsas tələb kimi qoyulmyıb. Məsələn, keçmiş ombudsman ixtisasca hüquqşünas deyildi”.

Raminə Eyvazqızı