Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan şəxslər cəzalandırılıblar - RƏSMİ

Xəbərlər

06.01.2023 - 15:09

cedabet dərman SEO Xidməti

Fərid Cəfərov cərimə olunub, Elvin İsmayılov  15 gün müddətinə inzibati qaydada həbs edilib

Bu il yanvarın 3-də iki gəncin Milli Konservatoriyanın qarşısında dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atmasını əks etdirən videogörüntülər sosial şəbəkədə paylaşılmışdı. Görüntülər polis əməkdaşları tərəfindən araşdırılmış və keçirilmiş tədbirlərlə qeyd olunan əməli törətmiş 21 yaşlı İsmayılov Elvin Elgün oğlu və 17 yaşlı Cəfərov Fərid Fəxrəddin oğlu müəyyən olunaraq saxlanılıb.

AYNA xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, araşdırma zamanı Elvin İsmayılovun bu il yanvarın 1-də saat 15:40 radələrində sərxoş vəziyyətdə Milli Konservatoriyanın qarşısından keçərkən tanışı Fərid Cəfərovla zarafat etmək məqsədilə ona məxsus torbada olan ayaqqabını heykəl istiqamətində atdığını etiraf edib.

Faktla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib, Fərid Cəfərov cərimə olunub, Elvin İsmayılov isə məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş