Ukraynada əhali üçün tibb xidmətinin əlçatanlığı azalıb
Aşağı temperatur bu qışda Ukraynada respirator xəstəliklərin, soyuqlama və donvurmaların kəskin artmasına səbəb ola bilər. AYNA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
“Çox sayda ukraynalı tez-tez yerdəyişmə edir, qeyri-standart, istilik olmayan tikililərdə yaşayır. Bu da donvurma, soyuqlama, pnevmoniya və insultla nəticələnə bilər” – deyə ÜST-nin Avropa bürosunun rəhbəri Hans Kluqe bildirib.
ÜST hesablamasına görə, Ukraynada 620 tibb müəssisəsi hücuma məruz qalıb və nəticədə əhali üçün tibb xidmətinin əlçatanlığı azalıb.
Qurum bildirir ki, havalar kəskin soyuyacağı təqdirdə ölkədə səhiyyə böhranı baş verə bilər.