Qebreyesus vaksinasiyanın ən yaxşı çıxış yolu olduğunu deyib
“Bütün tibb işçiləri və 60 yaşdan yuxarı insanlar peyvənd olunmalıdır”.
AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus bildirib.
“İnsanların 70%-nin peyvənd edilməsi qarşıda duran əsas məqsəd olmalıdır. Bu, insanların həyatını xilas etmək və həqiqətən davamlı bərpanı təmin etmək üçün ən yaxşı yoldur”, - ÜST rəhbəri vurğulayıb.