Dünyada koronavirusa yoluxanların sayında azalma müşahidə olunub
Sentyabrın 26-dan oktyabrın 2-dək olan həftə ərzində 2 milyon 900 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 8 min 300-dən çox insan dünyasını dəyişib.
AYNA xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu günə olan hesabatına əsasən, yoluxmaların sayı əvvəlki yeddi günlə müqayisədə 6%, ölənlərin sayı isə 12% azalıb.