Prezident İlham Əliyev yeni təyinat edib
Prezident İlham Əliyevin imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib.
AYNA xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Prezidentin sərəncamı ilə ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.