Ukraynanın ən yaxşı qırıcı pilotlarından biri həlak olub

Dünya

01.03.2022 - 12:07

Həkimlər Klinikalar SEO Xidməti

Zelenski polkovnik Oksançenkonu “Ukrayna Qəhrəmanı” adına layiq görüb

Ukraynanın ən yaxşı qırıcı pilotlarından biri hesab olunan, ukraynalı polkovnik Aleksandr Oksançenko Ukraynada davam edən hərbi əməliyyatlarda həyatını itirib.

AYNA xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski polkovnik Oksançenkoya ölümündən sonra “Ukrayna Qəhrəmanı” adına layiq görüb.

Qeyd olunur ki, Aleksandr Oksançenko uzun illər ərzində ən çətin uçuş elementlərini qüsursuz yerinə yetirən azsaylı pilotlardan biri olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş