Xarkovda elektrik enerjisinin kəsilməsi səbəbindən metro dayanıb
Ukrayna Prezidenti Volodimir Zelenski “Twitter” səhifəsində Ukraynanın bir sıra regionlarında elektrik enerjisinin kəsilməsi ilə bağlı məlumatı təsdiqləyib. AYNA-nın xəbərinə görə, Prezident bildirib ki, iki rayonda tam, daha üç rayonda qismən işıq yoxdur.
Belə ki, Xarkov və Donetsk vilayətlərində tam, Zaporojye, Dnepropetrovsk və Sumi vilayətlərində elektrik enerjisi qismən kəsilib.
Xatırladaq ki, sentyabrın 11-də axşam saatlarında məlum olub ki, Ukraynanın Xarkov, Poltava, Dnepropetrovsk, Sumı və Odessa vilayətlərində elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb.
Bəzi şəhərlərdə elektrik enerjisi yoxdur, bəzilərində elektrik enerjisində artımlar var. Regional hakimiyyət orqanları da elektrik enerjisinin kəsilməsini təsdiqləyib.
“Fevralın 24-nə keçən gecə Ukrayna Rusiya və Belarusun enerji sistemlərindən tamamilə ayrılıb və oflayn rejimdə işləyir”, - "Ukrenergo" şirkətindən bildirilib.
Xarkovda elektrik enerjisinin kəsilməsi səbəbindən metro dayanıb, Poltavada isə elektrik enerjisinin artması səbəbindən trolleybuslar yanıb. Bu barədə “Strana” nəşri məlumat yayıb.
Məlumatda o da qeyd olunub ki, şəhərlərdə suyun verilişində də fasilələr yaranıb.
Ukrayna mətbuatı buna səbəb kimi kritik infrastruktur obyektlərində, o cümlədən Dnepropetrovsk vilayətində fövqəladə vəziyyəti göstərir.