Ukraynanın Baş naziri Olaf Şoltsla hərbi yardımı müzakirə edib

Dünya

05.09.2022 - 13:31

Həkimlər Klinikalar SEO Xidməti

Şmıqalla Şolts alman tanklarının Ukraynaya mümkün tədarükünü müzakirə ediblər

Ukraynanın Baş naziri Denis Şmıqal Almaniya kansleri Olaf Şoltsla hərbi yardımı müzakirə edib. AYNA xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin saytında məlumat dərc edilib.

Ukraynalı siyasətçi görüş zamanı MARS-2 reaktiv yaylım atəş sistemləri (MLRS), IRIS-T hava hücumundan müdafiə sistemləri, “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğuları və “Gepard” özüyeriyən zenit-raket komplekslərinin təchizatının artırılmasını zəruri hesab etdiyini deyib. 

Bundan əlavə, Şmıqalla Şolts alman tanklarının Ukraynaya mümkün tədarükünü müzakirə ediblər.

Eyni zamanda, Baş nazir bildirib ki, Ukraynanın 2023-cü ildə büdcə kəsiri arta bilər, bunun üçün müttəfiqlərin köməyi lazımdır. 

“Gələn il üçün Avropa İttifaqı (Aİ) ilə yeni makrofin proqramı, eləcə də Beynəlxalq Valyuta Fondu ilə yeni proqramın başlanmasına dair razılığa gəlmək bizim üçün vacibdir", - Şmıqal kanslerlə görüş zamanı söyləyib.

Baş nazir onu da bildirib ki, Ukrayna üçün enerji sahəsində əməkdaşlığın gücləndirilməsi vacibdir. Xüsusilə, Kiyev və Berlin Zaporojye AES-də Aİ və BMT missiyasının təşkili məsələsini müzakirə ediblər. 

Məlumatda qeyd olunur ki, siyasətçilər bu cür tədbirlərlə stansiyanın demilitarizasiyasına nail olmaq istəyirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş