Ukraynalı uşaqlar Bakıda – FOTOLAR

Cəmiyyət

20.06.2024 - 15:02

Həkimlər Klinikalar SEO Xidməti

Uşaqlar paytaxtın tarixi yerləri ilə tanış olublar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilən ukraynalı uşaqlar üçün Bakı turu təşkil edilib.

Nazirlikdən AYNA-ya verilən məlumata görə, onlar İçərişəhər və Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və Dənizkənarı bulvarla tanış olublar. Növbəti günlərdə uşaqların Atəşgah məbədi, Yanardağ abidəsi və bölgələrimizə səfərləri təşkil olunacaq.

Ukraynalı uşaqların Bakı və bölgələrimizdə (Qəbələ, Şəki) bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələlərinə, psixo-sosial təlimlərə cəlb olunmaları, milli mətbəxlə tanış edilmələri də nəzərdə tutulur.

On günlük sosial-psixoloji reabilitasiya proqramı həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə və cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır.

Ukraynalı uşaqlar Bakıda – Ukraynalı uşaqlar Bakıda – Ukraynalı uşaqlar Bakıda – Ukraynalı uşaqlar Bakıda – Ukraynalı uşaqlar Bakıda – Ukraynalı uşaqlar Bakıda –
Müəllif: Ayna.az