Ukraynadan 600 mindən çox qaçqın Polşaya daxil olub

Dünya

04.03.2022 - 04:33

Həkimlər Klinikalar SEO Xidməti

Ukraynanı tərk edənlərin sayı artmaqda davam edir

Rusiya hərbi əməliyyatlara başlayandan bugünədək Ukraynadan Polşaya 600 mindən çox insan daxil olub.

AYNA xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi məlumat yayıb.

"Fevralın 24-dən indiyədək Ukraynadan Polşaya 604,4 min nəfər gəlib", - məlumatda deyilir.

Həmçinin bildirilir ki, bu gün Sərhəd Mühafizəsinin əməkdaşları 56,4 min nəfəri Ukraynadan Polşaya daxil olmağa icazə verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş