BMT-nin Qaçqınların İşləri üzrə Ali komissarının idarəsi məlumat yayıb
Ukraynadan qonşu olan ölkələrə gələn qaçqınların sayı 4 milyonu ötüb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınların İşləri üzrə Ali komissarının idarəsindən bildiriblər.
Məlumata əsasən, fevralın 24-dən martın 29-dək Ukraynanı tərk edən qaçqınların sayı 4 milyon 19 min 287 nəfərə çatıb. Sutka ərzində qaçqınların sayı 117 min nəfərdən çox artıb.
Fevralın 24-dən martın 29-dək olan müddətdə, o cümlədən Polşaya 2 milyon 336 min 799, Rumınıyaya 608 min 936, Moldovaya 387 min 151, Macarıstana 364 min 804 nəfər ukraynalı qaçqın gəlib.