Naziri 2018-ci ildəki fəaliyyətinə görə öldürmək istəyiblər
Ukraynanın aqrar siyasət naziri Roman Leşşenkoya qarşı sui-qəsdə cəhd edilib.
“Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, sui-qəsdin qarşısı alınıb.
Hadisə ilə bağlı daxili işlər naziri Denis Monastırski brifinq keçirib. O bildirib ki, naziri 2018-ci ildəki fəaliyyətinə görə öldürmək istəyiblər.
Cinayətdə şübhəli bilinənlər saxlanılıb.