Diversantlar məxfi tapşırıqları yerinə yetirməyə cəhd ediblər
Son bir ayda Ukraynada 600-ə yaxın diversant tutulub. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Diversantlarda əsasən Ukrayna Silahlı Qüvvələrinə məxsus obyektlərin və hərbi postların şəkilləri və onlar haqqında məlumatlar aşkarlanıb”, - deyə məlumatda qeyd edilib.
Diversantlar digər məxfi tapşırıqları da yerinə yetirməyə cəhd ediblər.