Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

İdman

11.09.2022 - 01:52

Həkimlər Klinikalar SEO Xidməti

Legionerlərin İstanbul təmsilçisindən ayrılacaqları gözlənilir

Türkiyə "Fənərbağça"sının baş məşqçisi Jorji Jezuş 3 futbolçunu əsas komandadan uzaqlaşdırıb.

AYNA klubun rəsmi saytına istinadən xəbər verir ki, uruqvaylı müdafiəçi Maurisio Lemos, çexiyalı arxa xətt oyunçusu Filip Novak və portuqaliyalı vinger Bruma yeni mövsüm üçün sifariş olunmayıblar.

Legionerlərin İstanbul təmsilçisindən ayrılacaqları gözlənilir.

Klub hər 3 oyunçuya qərarı anlayışla qarşıladıqları üçün təşəkkür edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş