Türkmənistanda seçki kampaniyasına başlanılıb

Dünya

14.02.2022 - 14:56

Həkimlər Klinikalar SEO Xidməti

Siyasi partiyalar öz qurultaylarında prezidentliyə namizədlər irəli sürməlidirlər

Bu gündən Türkmənistanda prezident seçkiləri ilə bağlı kampaniyaya başlanılıb. AYNA xarici mediaya istinadən bildirir ki, ölkənin Seçki Məcəlləsinə uyğun olaraq, namizəd irəli sürmək hüququ seçkilərin təyin edildiyi günə qədər qeydə alınmış siyasi partiyalara və vətəndaş qruplarına məxsusdur.

Siyasi partiyalar öz qurultaylarında prezidentliyə namizədlər irəli sürməlidirlər.

Qeyd edək ki, Türkmənistanda üç siyasi partiya var - Türkmənistan Demokratik Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası.

Türkmənistan prezidentliyinə namizəd bir qrup vətəndaş tərəfindən irəli sürüldükdə, o, ən azı 10 min seçici imzası ilə dəstəklənməlidir.

Bu ölkədə anadan olmuş, yaşı 40-dan aşağı olmayan, dövlət dilini bilən, son on beş ildə ölkədə daimi yaşayan və işləyən vətəndaşı Türkmənistanın Prezidenti seçilə bilər. Türkmənistan Prezidenti birbaşa xalq tərəfindən yeddi il müddətinə seçilir və and içdiyi andan səlahiyyətlərinin icrasına başlayır. Bu ölkədə sonuncu dəfə prezident seçkiləri 2017-ci ildə keçirilib.

Xatırladaq ki, Türkmənistan Prezidenti, parlamentin Yuxarı Palatasının sədri Qurbanqulu Berdiməhəmmədov ötən həftə bildirib ki, gənc liderlər üçün dövlət idarəçiliyinə yolların açılmasının zəruriliyi fikrini dəstəkləyir. Bundan sonra parlamentin aşağı palatası Türkmənistanda prezident seçkilərinin 2022-ci il martın 12-nə təyin olunması haqqında qərar qəbul edib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş