Türkiyənin XİN başçısı avropalı həmkarları ilə görüşüb

Dünya

12.01.2025 - 21:10

Həkimlər Klinikalar SEO Xidməti

Ər-Riyadda keçirilən Suriya iclası çərçivəsində görüşlər keçirilib

Türkiyənin xarici işlər naziri Hakan Fidan almaniyalı və britaniyalı həmkarları Annalena Berbok və Devid Lemmi ilə görüşüb.

AYNA xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.

Qeyd olunub ki, türkiyəli diplomat tərəflərlə Ər-Riyadda keçirilən Suriya iclası çərçivəsində görüşlər keçirib.

Bundan başqa, Türkiyənin baş diplomatının səudiyyəli həmkarı Bədir Abdulati ilə də görüşdüyü vurğulanıb.

Danışıqların təfərrüatları açıqlanmayıb.

Müəllif: Ayna.az