Türkiyənin “Pegasus” şirkəti Rusiyaya uçuşları dayandırıb

Dünya

11.03.2022 - 11:53

Həkimlər Klinikalar SEO Xidməti

Martın 13-dən 27-dək reyslər ləğv ediləcək

Türkiyənin “Pegasus Airlines” aviaşirkəti Rusiyaya və bu ölkədən reysləri müvəqqəti olaraq dayandırıb. AYNA TASS-a istinadən bildirir ki, bu barədə aviaşirkətdən məlumat verilib.

Bildirilir ki, Rusiyaya qarşı sanksiyalar kontekstində “əməliyyat riskləri” səbəbindən martın 13-dən 27-dək reyslər ləğv ediləcək.

“Bu tarixlərdə Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı, Qroznı, Mahaçqala və Krasnodara reyslərdə olan qonaqlarımız biletin pulsuz dəyişdirilməsi və pulun tam geri qaytarılması hüququna malikdirlər”, - deyə şirkətdən bildiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş