Türkiyə Prezidenti Azərbaycan Prezidentinə hədiyyəsi ilə bağlı paylaşım edib
Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.
AYNA xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin ilk elektromobili olan “Togg” avtomobilini təslim alması barədə paylaşım edib.
Ərdoğan bu barədə “Twitter” hesabında bildirib.
“Qardaşım İlham Əliyev də Türkiyənin qüruru olan “Togg” avtomobilini təslim aldı. Evinizə xeyir gətirsin. Allah gözəl günlərdə istifadə etməyi nəsib etsin, qardaşım İlham Əliyev”, - deyə o, paylaşımında qeyd edib.





