Türkiyənin Bakıdakı səfirliyinin qarşısında zəlzələ qurbanlarının xatirəsi anılır

Xəbərlər

07.02.2023 - 14:57

Səfirliyinin qarşısında yaradılan xatirə guşəsinin önünə gül dəstələri düzürlər

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi Bakıda da yad edilir. AYNA xəbər verir ki, zəlzələdə ölənlərin xatirəsini anmaq məqsədilə insanlar Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında yaradılan xatirə guşəsinin önünə gül dəstələri düzürlər.

Xatırladaq ki, qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün Türkiyədə bir həftə matəm elan edib. Qardaş ölkənin Azərbaycandakı səfirliyinin önündəki Türkiyə bayrağı da yarıya qədər endirilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Zəlzələdən 10 vilayət zərər çəkib. Nəticədə 3419 nəfər ölüb, 20 mindən çox insan xəsarət alıb, 5775 bina çöküb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə