Türkiyənin altı hərbçisi şəhid olub

Dünya

23.12.2023 - 20:28

cedabet dərman SEO Xidməti

Qarşıdurmada 13 terrorçu zərərsizləşdirilib

Dekabrın 23-də İraqın şimalında – “Pəncə-Kilid” əməliyyatı bölgəsində – Türkiyə Silahlı Qüvvələrinin altı hərbi qulluqçusu şəhid olub, bir nəfər yaralanıb.

AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“23 dekabr 2023-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində baza ərazimizə sızmağa çalışan terrorçularla baş vermiş qarşıdurmada altı qəhrəman silahdaşımız şəhid olub, bir qəhrəman silahdaşımız isə yaralanıb.

İlkin məlumata görə, qarşıdurmada 13 terrorçu zərərsizləşdirilib. Bölgədə təmas davam edir. Müəyyən edilmiş hədəflərə qarşı ani hava əməliyyatları da həyata keçirilir”, – məlumatda diqqətə çatdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş