Türkiyədən yeni ştammla bağlı QADAĞA

Dünya

27.11.2021 - 06:29

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə yeni yayılan ştammla bağlı Afrikanın 5 ölkəsindən gələnlərə girişi qadağan edib

Afrikanın 5 ölkəsindən Türkiyəyə gələnlər üçün giriş qadağan edilib. AYNA-nın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, yeni növ koranavirusun mutasiyaya uğramış yeni variantının aşkar olunması səbəbilə bu gecədən etibarən Botsvana, Cənubi Afrika Respublikası, Mozambik, Namibiya və Zimbabvedən Türkiyəyə gələnlər üçün giriş qadağan edilir.

Qeyd edək ki, yeni ştammın yayılma təhlükəsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı da xəbərdarlıq edib və İspaniya, Avstriya, İtaliya, Almaniya, İsrail, İngiltərə Cənubi Afrika və qonşu ölkələrdən olan uçuşları dayandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş