Adanada 4.3 bal gücündə zəlzələ qeydə alınıb
Türkiyənin Adana vilayətində zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, vilayətin Aladağ rayonunda baş verən yeraltı təkan 4.3 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 13.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.