Türkiyədə tibbi maska taxmaq məhdudiyyəti ləğv olunub

Dünya

03.03.2022 - 00:34

Həkimlər Klinikalar SEO Xidməti

Qapalı məkanlarda maska taxılmayacaq

Türkiyədə tibbi maska taxmaq məhdudiyyəti ləğv olunub. AYNA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

"Artıq açıq yerlərdə maska ​​taxmaq lazım deyil, HES kod tətbiqi yığışdırılıb, qapalı yerlərdə havalandırma kifayət qədər olarsa, maska ​​taxılmayacaq", - nazir qeyd edib.

Qoca açıqlamasında simptomları olmayanlardan artıq PCR testlərinin tələb olunmayacağını, məktəblərdə müsbət hal baş verdikdə yalnız koronavirusa tutulan şagirdin təcrid olunacağını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş