Türkiyədə meşə yanğınına müdaxilə edən helikopter suya düşüb

Dünya

02.08.2024 - 19:34

cedabet dərman SEO Xidməti

Adana valisi: "Helikopterdə olan 5 nəfərin hamısının səhhəti yaxşıdır"

Türkiyənin Adana vilayətinin Kozan rayonunda meşə yanğınına müdaxilə edən helikopter su götürərkən qəzaya uğrayıb.

AYNA xəbər verir ki, bu barədə Adana valisi Yavuz Səlim Köşger məlumat verib.

Bildirilib ki, ərazidəki meşə yanğınına müdaxilə etmək üçün iki helikopter havaya qalxıb.

“Onlardan biri su götürərkən qəzaya uğrayıb. Helikopterdə olan beş nəfərin hamısının səhhəti yaxşıdır”, - vali vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş