Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 174 nəfər ölüb. AYNA-nın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 418 min 427 nəfərin test edildiyi, 76 min 341 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 82 min 203 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.