Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Dünya

22.01.2022 - 00:43

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 181 nəfər ölüb. AYNA-nın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 416 min 453 nəfərin test edildiyi, 72 min 555 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 87 min 192 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Müəllif: Ayna.az