Britaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Böyük Britaniyada son sutka ərzində 51 342 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 10 610 958 nəfərə çatıb.
AYNA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 161 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 145 987 nəfərə çatıb.