Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 187 nəfər ölüb. AYNA-nın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twitter səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 354 269 nəfərin test edildiyi, 20 033 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 611 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.