Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib
Türkiyədə daş karxanasının işçilərinin olduğu avtomobil aşıb. AYNA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Karaman vilayətində avtomobil 20 metr yükəsklikdən dərəyə aşıb.
İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.
Yaralı təcili yardımla Karaman Dövlət Xəstəxanasına aparılıb.