Mərsin vilayətində PKK terror təşkilatına qarşı əməliyyat keçirilib
Türkiyənin Mərsin vilayətində PKK terror təşkilatına qarşı aparılan əməliyyat nəticəsində daha altı terrorçu saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu şəxslərin Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında “Pəncə-Kilit” şərti adı altında aparılan antiterror əməliyyatlarında iştirak edən hərbiçilərə qarşı bombalı hücum hazırladıqları müəyyən edilib.