Türkiyədə 22 qanunsuz miqrant saxlanılıb

Dünya

07.05.2024 - 07:35

Türkiyədə 22 qanunsuz miqrant saxlanılıb. Bu barədə AYNA yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, İzmirdə sahil mühafizə xidmətinin əməkdaşları rezin qayıqda bir qrup qanunsuz miqrantı aşkarlayıb.

Əraziyə göndərilən xidmətin əməkdaşları qayıqdakı 22 miqrantı saxlayıb. Onlar vilayətin miqrasiya idarəsinə göndəriliblər.

Müəllif: Ayna.az