Suriyada 3 terrorçu məhv edilib
Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında üç YPG (PKK-nın Suriya qanadı) terrorçusunu zərərsizləşdirib.
AYNA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, “Barış pinarı” əməliyyatı zonasında 1, “Fərat Qalxanı” əməliyyatı zonasında isə 2 terrorçu məhv edilib.